Bərdədə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Bərdədə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
11 Noyabr , 2019 16:38
Bərdədə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Bərdə rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, "Mercedes" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün olan 1963-cu il təvəllüdlü Tağıyeva Gülzar Savalan qızı, 1999-cu ildə anadan olmuş Tağızadə Vüsal Zahid oğlu və 1990- cu il təvəllüdlü Tağıyev Elnur Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Araşdırmalar davam etdirilir. 


*** 14:23

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi