Bərdədə yol polisləri həkimlərə birgə reyd kecirdi - FOTO - VİDEO

Bərdədə yol polisləri həkimlərə birgə reyd kecirdi - FOTO - VİDEO Bərdə. 15 iyul. REPORT.AZ/ Havaların isti keçməsi ilə əlaqədar olaraq Bərdədə Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Alayının 13 tağımı hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qağaqlayıcı tədbirlər həyata keçirilir.
Hadisə
15 İyul , 2018 23:30
Bərdədə yol polisləri həkimlərə birgə reyd kecirdi - FOTO - VİDEO

Bərdə. 15 iyul. REPORT.AZ/ Havaların isti keçməsi ilə əlaqədar olaraq Bərdədə Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Alayının 13 tağımı hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qağaqlayıcı tədbirlər həyata keçirilir.

 “Report”un Qarabağ bürosunun məlumatına görə, Yol Patrul Xidməti Alayının 13-cı tağımında da stasionar postda sürücülərin və hərəkət iştirakçılarının dincəlməsi və soyuq su ilə yuyunması üçün hər cür şərait vardır. Elə reyd vaxtı da yol polisi əməkdaşları isti havada uzaq məsafəyə gedən bəzi sərnişin avtobuslarının sürücülərini saxlayaraq onları maarifləndirir, öz tövsiyələrini verir və stasionar postda yaradılmış şəraiti bir daha nəzərinə çatdırırlar. Yol Polislər uzaq məsafələrə gedən sərnişin dayışan avtobusları ona xəbərdarlıq edir. Sürücü və sərnişinlər isti havada stasionar postdakı bulaq-kompleksində üzlərini yuyur sərin su ilə təmin edilir, 5-10 dəqiqə dincəlir və bundan sonra yoluna davam edirlər.

Həkimlərdə özlərini narahat hiss edən sərnişinlərə tibbi xidmtə göstərirlər. Reyd zamanı bir necə sürücü və sərnişinin qan təyziqi ölcüldü və lazım tibbi yardım göstərildi.

Keçirilən reyd zamanı qəza şəraiti yaradan, təhlükəsizlik kəmərindən istifadə etməyən, yolun sağı hissəsi boş olduğu halda solu ilə hərəkət edən, yük daşıma qaydalarını pozan dövlət npmrə nişanı olmayan nəqliyyat vasitələri , avtomobili icbari sığorta etdirməyən çoxlu sayda sürücülər saxlanıldı. Və onların hər biri barəsində elektron protokol tərtib edildi, lazımi məsləhətlər verildi. 

Son xəbərlər

Orphus sistemi