Bərdədə yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bərdədə yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb - RƏSMİ Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
14 Dekabr , 2018 11:23
Bərdədə yetkinlik yaşına çatmayanın qaçırılması ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Bərdə. 14 dekabr. REPORT.AZ/ Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi