Bərdədə yaşlı kişi kafedə ölüb - VİDEO - YENİLƏNİB

Bərdədə yaşlı kişi kafedə ölüb - VİDEO - YENİLƏNİB Qəfildən halı pisləşib və o, yerə yıxılaraq ölüb.
Hadisə
26 Fevral , 2019 16:48
Bərdədə yaşlı kişi kafedə ölüb - VİDEO - YENİLƏNİB

Bərdə rayonunda kafedə ölən şəxsin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1955-ci il təvəllüdlü İsmayıl Quliyevin kafedə qəfildən halı pisləşib və o, yerə yıxılaraq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 14:23

Bərdə. 26 fevral. REPORT.AZ/ Bərdə rayonunda yaşlı kişi kafedə ölüb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Onun hansı səbəbdən öldüyü araşdırlır.

Son xəbərlər

Orphus sistemi