Bərdədə yaşayış evi yanıb

Bərdədə yaşayış evi yanıb Yanğına səbəb naqillərdəki qısa qapanma olub
Hadisə
1 İyul , 2015 19:42
Bərdədə yaşayış evi yanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bərdə rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakini İlkin Agayevə məxus 1 mərtəbəli ev yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cağırılıb. İki yanğınsöndürən maşın və canlı qüvvənin köməkliyi ilə alov söndürülüb. Yanğın zamanı evin tavanı və ev əşyaları tamamilə yararsız hala düşüb. Evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.

Qeyd edək ki, yanğına səbəb kimi ilkin olaraq elektrik naqillərindəki qısa qapanma göstərilir.

Son xəbərlər

Orphus sistemi