Bərdədə xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb

Bərdədə xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust və noyabr aylarında xirdabuynuzlu heyvanları oğurlayan 5 nəfərdən ibarət dəstə üzvləri müəyyən edilərək saxlanılıb.
Hadisə
15 Dekabr , 2020 11:31
Bərdədə xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb
0 : 00
0 : 00

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust və noyabr aylarında xirdabuynuzlu heyvanları oğurlayan 5 nəfərdən ibarət dəstə üzvləri müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, bir qrup rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Süleyman Şükürov, Şəmistan Hümbətzadə, Fuad İsazadə, Vüqar Vəliyev və Miri Hümbətov saxlanılıb. Araşdırmalarla onların 15 baş xırdabuynuzlu heyvanları oğurlamaqla sakinlərə 4500 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdiyi cinayət əməllərini etiraf edib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi