Bərdədə xəstənin qarnında qalan yad cisim çıxarılıb

Bərdədə xəstənin qarnında qalan yad cisim çıxarılıb Bərdə rayonunda yeddi ay əvvəl əməliyyat zamanı xəstənin bədənində unudulan yad cisim çıxarılıb.
Hadisə
125
13 Aprel , 2019 23:56
Bərdədə xəstənin qarnında qalan yad cisim çıxarılıb

Bərdə rayonunda yeddi ay əvvəl əməliyyat zamanı xəstənin bədənində unudulan yad cisim çıxarılıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, Bərdə rayon sakini Aygün Əsədli qarın nahiyəsindəki küt ağrılar səbəbindən bu gün Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Müayinə zamanı məlum olub ki, qadının qarın boşluğunda tənzif parçası qalıb. Qadın əməliyyat olunaraq tənzif parçası çıxarılıb. 25 yaşlı qadın palataya yerləşdirilib. Müalicə və müayinə işləri davam etdirilir.

Qadının bədənində yad cisim Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum evində qeysəriyyə əməliyyatı edilən zaman unudulub qalmışdı.

Son xəbərlər

Orphus sistemi