​Bərdədə vurduğu piyadanı xəstəxanaya qoyub qayıdan sürücü başqa piyadaya da xəsarət yetirib

​Bərdədə vurduğu piyadanı xəstəxanaya qoyub qayıdan sürücü başqa piyadaya da xəsarət yetirib Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
5 Dekabr , 2015 13:19
​Bərdədə vurduğu piyadanı xəstəxanaya qoyub qayıdan sürücü başqa piyadaya da xəsarət yetirib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bərdə şəhərində sürücü idarə etdiyi avtomobillə iki piyadanı eyni gündə vurub. “Report” xəbər verir ki, Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub. R.Malıyev avtomobilində yaralını xəstəxanaya apardıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurub.

R.Hacıyev xəstəxanaya yerləşdirilib.

S.Ağayev isə xəstəxanada ölüb.

Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi