Bərdədə traktorla minik maşını toqquşub, bir nəfər xəsarət alıb - FOTO

Bərdədə traktorla minik maşını toqquşub, bir nəfər xəsarət alıb - FOTO Qəza rayonun Kətəlparaq kəndində qeydə alınıb
Hadisə
13 Oktyabr , 2017 22:51
Bərdədə traktorla minik maşını toqquşub, bir nəfər xəsarət alıb - FOTO
Report

Bərdə. 13 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Tərtər sakini, 24 yaşlı Mirseyidli Mirseymur idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə Bərdə sakini, 1956-cı il təvəllüdlü Salmanov Bayram Əli oğlunun sükanı arxasında olduğu "Belarus" markalı traktor toqquşub.

Nəticədə M.Mirseyidli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi