Yuxarı

Bərdədə toyda oynamaq üstündə kütləvi dava düşüb

Nəticədə bir nəfər yaralanıb

Bakı. 30 Avqust. REPORT.AZ/ Bərdə rayonunda keçirilən toy mərasimlərindən birində kütləvi dava düşüb.

"Report" xəbər verir ki, hadisə rayonun Buəhmədli kəndində yerləşən "Ay-ulduz" şadlıq sarayında qeydə alınıb.

Belə ki, Məmmədovlar ailəsinin xeyir işində toya dəvətli olan iki qohum arasında oynamaq üstündə dava düşüb. Dava zamanı 24 yaşlı Xurşudov Qalib Teymur oğlu xəsarət alıb. Zərərçəkmiş kəsilmiş-deşilmiş bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi