Bərdədə toya gedən yeniyetmə kanalda boğularaq ölüb - FOTO

Bərdədə toya gedən yeniyetmə kanalda boğularaq ölüb - FOTO Hadisə Göyüslü kəndində baş verib
Hadisə
317
6 Sentyabr , 2016 21:34
Bərdədə toya gedən yeniyetmə kanalda boğularaq ölüb - FOTO

Bərdə. 6 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun 2001-ci il təvəllüdlü Göyüslü kənd sakini Yunisli Cəmil Səbuhi oğlu kənd ərazisindən keçən kanalda çimərkən boğulub.

On altı yaşlı yeniyetmənin meyiti qonşu kəndin ərazisindən tapılıb.

Mərhum Bakıdan Bərdəyə xalası oğlunun toyunda iştirak etmək üçün gedib.

Son xəbərlər

Orphus sistemi