Bərdədə toya gedən gənci maşın vurub

Bərdədə toya gedən gənci maşın vurub Hazırda yaralının vəziyyəti orta ağırdır
Hadisə
16 Avqust , 2015 18:05
Bərdədə toya gedən gənci maşın vurub

Bakı. 16 Avqust. REPORT.AZ/ Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində "Günəş" şadlıq sarayının qarşısında qeydə alınıb.

Rayonun Güloğlular kənd sakini 1998-ci il təvəllüdlü Şirinov Ramin Rüfət oğlu yolu keçmək istəyərkən "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Hadisə şahidlərinin sözlərinə görə, 17 yaşlı gənc toya gedirmiş.

Ağır bədən xəsarəti alan gənc qəzadan sonra ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumta görə, Reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır.

Son xəbərlər

Orphus sistemi