Bərdədə taksi sürücüsü bıçaqlanıb

Bərdədə taksi sürücüsü bıçaqlanıb Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
6 Yanvar , 2020 13:59
Bərdədə taksi sürücüsü bıçaqlanıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Lənbərən kəndi ərazisində qeydə alınıb. 

Rayon sakini 1976-cı il təvəllüdlü Kamil Əhmədov avtomobilinə əyləşən şəxsiyyəti hələki məlum olmayan gənc tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi