Bərdədə su kəmərinin partlaması nəticəsində şəhərin böyük hissəsi susuz qalıb

Bərdədə su kəmərinin partlaması nəticəsində şəhərin böyük hissəsi susuz qalıb Qəzaya su borularının istismar müddətinin başa çatması səbəb göstərilir
Hadisə
24 Oktyabr , 2017 00:16
Bərdədə su kəmərinin partlaması nəticəsində şəhərin böyük hissəsi susuz qalıb

Bərdə. 23 oktyabr. REPORT.AZ/ Bərdə şəhərinin su təchizatında problem yaranıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Bakı küçəsində diametri 250 mm olan su borusunun partlaması nəticəsində Bərdə şəhərinin böyük hissəsi susuz qalıb.

"Azərsu" ASC-nin Bərdə Rayon Su Kanalı İdarəsindən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlərin görüldüyü bildirilib:

"Su təchizatı, ən yaxşı halda sabah bərpa ediləcək".

Qəzaya səbəb kimi, su borularının istismar müddətinin başa çatması göstərilir.

Son xəbərlər

Orphus sistemi