Bərdədə stasionar postda COVID-19 xəstəsi müəyyən edildi

Bərdədə stasionar postda COVID-19 xəstəsi müəyyən edildi Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Hadisə
401
22 Dekabr , 2020 11:22
Bərdədə stasionar postda COVID-19 xəstəsi müəyyən edildi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, rayon ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan Laçın rayon sakini M.Təhməzovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.

M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi