Bərdədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO - VİDEO

Bərdədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO - VİDEO Bərdə. 2 noyabr. REPORT.AZ/ Bərdə rayonunda sərxoş sürücü yol qəzası törədərək hadisə yerindən qaçıb.
Hadisə
2 Noyabr , 2018 18:59
Bərdədə sərxoş sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO - VİDEO

Bərdə. 2 noyabr. REPORT.AZ/ Bərdə rayonunda sərxoş sürücü yol qəzası törədərək hadisə yerindən qaçıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini Elvin Arif oğlu Gənciyev idarə etdiyi "Lada-Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil Nadir Hidayət oğlu Süleymanovun idarə etdiyi "Nissan" markalı minik maşını ilə toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı E.Gənciyev sərxoş olub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi