Bərdədə sərxoş sürücü qəza törədərək ağır xəsarət alıb - FOTO - VİDEO

Bərdədə sərxoş sürücü qəza törədərək ağır xəsarət alıb - FOTO - VİDEO Bakı. 13 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib.
Hadisə
13 Noyabr , 2017 13:52
Bərdədə sərxoş sürücü qəza törədərək ağır xəsarət alıb - FOTO - VİDEO
Report

Bakı. 13 noyabr. REPORT.AZ/ Bərdə rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107"in sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxıb. Qəza nəticəsində minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına catırılıb. Travmatalogiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər.

Həkim müayinəsindən sonra sürücünün sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi