Bərdədə quldurluq edən şəxs saxlanılıb

Bərdədə quldurluq edən şəxs saxlanılıb Bakı. 2 avqust. REPORT.AZ/ Bərdə rayonunda quldurluq edən şəxs saxlanılıb.
Hadisə
2 Avqust , 2018 12:24
Bərdədə quldurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Bərdə rayonunda quldurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 1-də rayonunun Əyricə kəndi ərazisində naməlum şəxs rayonun Alpoud kənd sakini Qulu Aləşrəfovu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Soğanverdilər kənd sakini Rəşad Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi