Bərdə. 30 aprel. REPORT.AZ/ Bərdə rayonunda baş verən güllələnmə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hadisəni törədən Asif Hümbətov iş üzrə şübhəli şəxs qismində tutulub.
İstintaq davam etdirilir.
*** 10:19
Bərdə. 30 aprel. REPORT.AZ/ Bərdə rayonunda silahlı insident nəticəsində 1 nəfər ölüb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində baş verib.
Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Asif Hümbətov qonşusu, 47 yaşlı Azər Nurəliyevə ov tüfəngindən atəş açıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan, o, Gəncədəki özəl klinikalardan birinə aparılıb. Lakin A.Nurəliyev yolda ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.