Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Hadisə
7 İyul , 2022 09:37
Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin yanvarında Bərdə rayonunda qeydə alınıb.

İki qohum arasında düşən mübahisə qanla nəticələnib. Belə ki, S.Hacıyev 1990-cı il təvəllüdlü İsrafil Hüseynova odlu silahdan atəş açıb. Hadisə zamanı iki güllə yarası alan 32 yaşlı şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

S.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi