Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var

Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var Həsən Bayramov başından xəsarət alıb
Hadisə
17 Oktyabr , 2017 00:37
Bərdədə qohumlar arasında dava olub: xəsarət alan var

Bərdə. 17 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda qohumlar arasında qanlı hadisə ilə nəticələnən mübahisə olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Kətəlparaq kəndində qeydə alınıb.

Kənd sakini Bayramov Həsən Elşad oğlu yeznəsi ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Dava zamanı H. Bayramov başından agır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Bərdə Rayon Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi