Bərdədə baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Bərdədə baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub - YENİLƏNİB Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda araşdırma aparılır
Hadisə
16 mart 2017 12:45
Bərdədə baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub - YENİLƏNİB

Bakı. 16 mart. REPORT.AZ/ Bərdə rayonunda baş vermiş cinayət hadisəsinin təfərrüatı məlum olub. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Leyla İbrahimli rayonda fəaliyyət göstərən çay evlərinin birində ofsiant işləyirmiş. Ancaq qardaşı Hafiz İbrahimli bacısının bu işinə etiraz edib. Bu səbəbdən tərəflər arasında münaqişə baş verib. Nəticədə H.İbrahimli bacısı L.İbrahimliyə balta ilə başından bir neçə dəfə zərbə endirərək qətlə yetirib. H.İbrahimli hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub.

Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda araşdırma aparılır.

*** 13:39

Bərdə rayonunda qardaş bacısını balta ilə öldürüb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini Hafiz İbrahimli bacısı 21 yaşlı Leyla İbrahimlinin başından balta ilə bir neçə zərbə vuraraq onu öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi