Yuxarı

Bərdədə qadının balta ilə qətlində şübhəli bilinən daha iki nəfər saxlanılıb

Bərdədə qadının balta ilə qətlinə görə daha iki nəfər saxlanılıb

Bərdə. 5 mart. REPORT.AZ/ Bərdə rayonunda 27 yaşlı qadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.

"Report"un Qarabağ Mərkəzinin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bərdə Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri - 1996-ci il təvəllüdlü Sadiq Şükür oğlu Hümbətov və 1997-ci il təvəllüdlü Murad Natiq oğlu Qurbanov tutulublar. Hər iki şəxsin Bərdədə Nəbat Qurbanovanı qətlə yetirməkdə şübhəli bilindikləri bildirilib.

Qeyd edək ki, Bərdə rayonunun Kətəlparaq kəndində İmişli rayon sakini Elçin Qurbanov qayınatasıgilə gedərək balta ilə həyat yoldaşı Nəbat Qurbanovanı qətlə yetirib. O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq 6 yaşlı övladını da götürərək gedib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi