Bərdə. 11 noyabr. REPORT.AZ/ Bərdə rayonunda qadın pomidor tutmasından zəhərlənib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində baş verib.
Belə ki, kənd sakini Qənirə Ağayevanın halı pisləşdiyi üçün yaxınları onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər ona tibbi yardım göstərib.
Yaxınlarının verdiyi məlumata görə, Q.Ağayeva özünün ev şəraitində hazırladığı pomidor tutmasından zəhərlənib.
Hazırda onun vəziyyəti stabildir.