Bərdədə pomidor turşusundan zəhərlənən azyaşlı ölüb - FOTO

Bərdədə pomidor turşusundan zəhərlənən azyaşlı ölüb - FOTO Həkimlərin səylərinə baxmayaraq, onun həyataını xilas etmək mümkün olmayıb
Hadisə
7 Noyabr , 2016 18:53
Bərdədə pomidor turşusundan zəhərlənən azyaşlı ölüb - FOTO

Bərdə. 7 noyabr. REPORT.AZ/ Bərdə rayonunda bir neçə gün əvvəl ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərlənən azyaşlı ölüb. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, həkimlərin səylərinə baxmayaraq, 5 yaşlı Cahid Məmmədovun həyataını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 45 yaşlı Könül Məmmədova və 20 yaşlı Pərviz Məmmədovun vəziyyət ağırdır, digər iki nəfər - 25 yaşlı Kəmalə Məmmədova və 8 aylıq övladı Cihan Məmmədov evə buraxılıblar.

Qeyd edək ki, noyabrın 1-də Bərdə rayonunun Xanərəb kəndində yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Kəmalə Məmmədova, 5 yaşlı Cahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi