Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb - YENİLƏNİB

Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb - YENİLƏNİB Bərdə. 26 dekabr. REPORT.AZ/ Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb.
Hadisə
26 Dekabr , 2017 19:16
Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb - YENİLƏNİB

Bərdə. 26 dekabr. REPORT.AZ/ Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Əliyalınlı kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı K.Məmmədovaya bir neçə bıçaq xəsarəti yetirib. 

Hadisəni törədən şəxs polisə gedərək könüllü təslim olub.

Qeyd edək ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşıdır.


***18:44

Bərdə. 26 dekabr. REPORT.AZ/ Bərdə rayonunda ər arvadını bıçaqlayaraq xəsarət yetirib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, kənd sakini Könül Məmmədova ağır bıçaq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxansına yerləşdirilib. K.Məmmədovanın əri tərəfindən bıçaqlnadığı bildirilir.

Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, yaralı qadın əməliyyat olunub və vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi