Bərdədə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Bərdədə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
25 May , 2017 12:17
Bərdədə piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Bakı. 25 may. REPORT.AZ/ Bərdə rayonund piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub.

"Report" xəbər verir ki, aprelin 30-da Bərdə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Zabil Məmmədov vurulub və o, hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili həmin vaxt idarə etməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi