Yuxarı

​Bərdədə yol kənarında piyadanı maşın vurub

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bərdə-Tərtər avtomobil yolunun 1-ci km.-də, Bərdənin avtomobil bazarı yaxınlığında baş verib.

Rayon Polis şöbəsindən "Report"a verilən məlumata görə, Bərdə istiqamətində hərəkətdə olan Əliyev Elməddin Ələddin oğluna məxsus "Mercedes" markalı minik avtomobili yol kənarında maşının yanında dayanan Əliyev Elgiz Rasim oğlunu vurub.

Hadisə 41 yaşlı zərərçəkənin öz avtomobilinin arxa qapısını açıb nəsə götürdükdən sonra geri çəkilərək qapını bağlamaq istəyən zaman baş verib.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı rayon Polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi