Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb Sürücünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir
Hadisə
30 Aprel , 2017 15:47
Bərdədə piyada yol qəzasında ölüb, sürücü qaçıb

Bərdə. 30 aprel. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ-21015" markalı minik maşını Ağdam istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 34 yaşlı gənc oğlanı vurub. Qəzada ağır bədən xəsarətləri alan rayon sakini Zabil Məmmədov hadisə yerindəcə keçinib. Sürücü qəza yerindən qaçıb.

Hazırda rayon polisi sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi