​Bərdədə piyada qəzada ölüb, sürücü qaçıb

​Bərdədə piyada qəzada ölüb, sürücü qaçıb Sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir
Hadisə
102
24 Yanvar , 2016 20:26
​Bərdədə piyada qəzada ölüb, sürücü qaçıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. Nəticədə şəxsiyyəti hələ ki, məlum olmayan təqribən 40-45 yaşlı kişi hadisə yerində keçinib. Yol kənarında qalan meyit "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır. Qəzanı törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi