Bərdədə “patı” və heroin satan şəxslər saxlanılıb

Bərdədə “patı” və heroin satan şəxslər saxlanılıb Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Hadisə
22 Sentyabr , 2021 10:03
Bərdədə “patı” və heroin satan şəxslər saxlanılıb
Rauf Qaraşov və Həsən Ravəndi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rauf Qaraşov və Həsən Ravəndi saxlanılıb.

Onların üzərində aparılan şəxsi axtarış zaman satış məqsədi ilə qablaşdırdıqları “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi