Bərdə rayonunda başverən partlayış zamanı xəsarət alan şəxslərin adları məlum olun.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində Məmmədli Məhəmməd Elgiz oğlunun əlində partlayıb. Nəticədə o və həyat yoldaşı Məmmədli Gülnar Cavanşir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 18:29
Bərdə rayonunda hərbi sursat "Amminal" partlayıcı vasitəsi partlayıb.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Arabaçılar kəndində qeydə alınıb.
Hadisə nıəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

