Bərdədə otla dolu traktor qoşqusu yanıb - FOTO

Bərdədə otla dolu traktor qoşqusu yanıb - FOTO Bərdə rayonunda 300 ədəd ot bağlaması yanıb.
Hadisə
12 Avqust , 2019 23:25
Bərdədə otla dolu traktor qoşqusu yanıb - FOTO
Foto: "Report"

Bərdə rayonunda 300 ədəd ot bağlaması yanıb.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə , hadisə Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Yasin Şirinova məxsus ot bağları traktorun qoşqusunda alovlanıb. Yanğın zamanı qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub. Bununla da kənd sakininə 1200 manata qədər ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və alov  söndürülüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi