Bərdədə orta yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Bərdədə orta yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
29 İyul , 2019 00:38
Bərdədə orta yaşlı kişini maşın vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***23:26

Bərdə rayonunda şəxsiyyəti məlum olmayan kişini avtomoil vuraraq öldürüb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Soğanverdilər kəndi ərazisində hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili yolun kənarı ilə gedən orta yaşlı kişini vurub.

Hadisədən sonra sürücü yaralını xəstəxanaya çatdırsa da, həkimlər onun çoxdan öldüyünü bildiriblər.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Hüquq-mühafizə orqanları tərəfindən onun şəxsiyyəti müəyyənləşdirilir və yaxınları axtarılır.

Faktla bağlı rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi