Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
30 Mart , 2017 12:26
Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 30 mart. REPORT.AZ/ Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə martın 29-da rayonun Gəncə kəndində qeydə alınıb.

Belə ki, naməlum sürücünün idarə etdiyi "ZAZ" markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Məlahət Yusifova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İsrail Vəlizadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi