Bərdədə oğurluqla məşğul olan Balakən rayon sakini tutulub

Bərdədə oğurluqla məşğul olan Balakən rayon sakini tutulub Şübhəli şəxs dindirilmə zamanı törətdiyi oğurluq əməllərini etiraf edib
Hadisə
62822
13 Fevral , 2019 16:56
Bərdədə oğurluqla məşğul olan Balakən rayon sakini tutulub

Bərdə. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda oğurluqla məşğul olan Balakən rayon sakini tutulub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayon sakini Musa Cəmilli polis şöbəsinə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib.

Baş verən hadisə ilə bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Balakən rayon sakini Qaracayev Ədalət Əmrah oğlu saxlanılıb.

Bundan başqa, Ə.Qarayevin rayon sakini Ruslan Muradovun evindən oğurluq etdiyi də məlum olub.

Şübhəli şəxs dindirilmə zamanı törətdiyi oğurluq əməllərini etiraf edib.

Faktla bağla araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi