Bərdədə narkotik satan və qanunsuz silah saxlayan şəxsin məhkəməsi başlayır

Bərdədə narkotik satan və qanunsuz silah saxlayan şəxsin məhkəməsi başlayır Bərdə rayonunda narkotik satışı, narkotik bitkilərin əkilib-becərilməsi və qanunsuz silah saxlamaqda təqsirləndirilən Musa Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Dekabr , 2019 20:05
Bərdədə narkotik satan və qanunsuz silah saxlayan şəxsin məhkəməsi başlayır
pexels.com

Bərdə rayonunda narkotik satışı, narkotik bitkilərin əkilib-becərilməsi və qanunsuz silah saxlamaqda təqsirləndirilən Musa Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Dadaş Bağırovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, avqust ayında Bərdə polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Bərdə şəhər sakini Musa Mehdiyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 23 ədəd narkotik tərkibli çətənə bitkisi və çəkisi 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Axtarış zamanı həmçnin 1 ədəd 16 kalibrli tüfəng, 2 ədəd "Kalaşnikov" sandıqçası və 58 ədəd müxtəlif növ patron aşkar edilərək götürülüb.

M.Mehdiyevə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 237.3.2-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə; külli miqdarda) maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi