Bərdədə naməlum sürücü velosipedçini vuraraq hadisə yerindən qaçıb

Bərdədə naməlum sürücü velosipedçini vuraraq hadisə yerindən qaçıb Xəsarət alan yaralının vəziyyəti orta ağırdır
Hadisə
7 Oktyabr , 2017 01:22
Bərdədə naməlum sürücü velosipedçini vuraraq hadisə yerindən qaçıb
"Report"

Bərdə. 7 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda velosipedçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində baş verib.

Yevlax-Ağcabədi yolunun Bərdə rayonu ərazisindən kecən hissəsində "VAZ-2107" markalı avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçi 30 yaşlı Səfərov Elvin Ərəstun oğlunu vurub.

Qəzanı törədən sürücü hadisə yerindən qacıb. Yaralı ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Travmatalogiya şöbəsində müalicə edilən E.Səfərovun vəziyyəti orta ağırdır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi