Bərdə. 4 may. REPORT.AZ/ Bərdə rayonunda mobil telefonların satıldığı mağazadan oğurluq olub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə "Təzə bazar"da yerləşən Elşən Həsənova məxsus telefon mağazasında baş verib.
Sahibkarın sözlərinə görə, bir necə gün əvvəl tanımadığı şəxs mağazaya gələrək onunla xoş münasibət qurub. Pərviz adlı şəxs rayonda qonaq olduğundan ondan bəzi məsləhətlər alıb. Sonuncu dəfə isə həyat yoldaşı ücün telefon almaq istədiyini bildirərək vitirində olan 800 manat dəyərində mobil telefonu götürərək avtomobildə olan yoldaşına göstərmək istədiyini bildirib. Satıcının etibarını qazanan Göycay rayon sakini, 40 yaşlı Pərviz Yediyar oğlu Hüseynov apardığı mobil telefonu geri qaytarmayıb.
Baş verimiş oğurluq hadisəsi ilə bağlı sahibkar E.Həsənov Bərdə Rayon Polis Şöbəsinə müraciət edib.
Bərdə RPŞ-dən bildirilib ki, P.Hüseynov əvvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.




