Bərdə. 5 dekabr. REPORT.AZ/ Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən qadının adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, idarəetmədən çıxaraq bir neçə dəfə aşan "VAZ-21010” markalı avtomobildə olan sərnişin, rayonun Ləmbəran kənd sakini, 69 yaşlı Dünya Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***14:15
Bərdə. 5 dekabr. REPORT.AZ/ Bərdə rayonunda ağır yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdənin Mehtili kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-21010” markalı avtomobil idarəetməni itirərək bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan sərnişin - hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın dünyasını dəyişib.
Faktla bağlı polis araşdırma aparır.






