Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
18 Fevral , 2020 17:45
Bərdədə mikroavtobus yük maşını ilə toqquşdu, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 16:15

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47-ci kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi