Bərdədə mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb

Bərdədə mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb Bərdə. 28 avqust. REPORT.AZ/ Bərdə rayonunda mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb.
Hadisə
28 Avqust , 2018 12:48
Bərdədə mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb
0 : 00
0 : 00

Bərdə. 28 avqust. REPORT.AZ/ Bərdə rayonunda mənzildən 5200 manat və 300 ABŞ dolları oğurlanıb.

Bu barədə "Report"un Qarabağ bürosuna DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. 

Belə ki, rayon sakini Təranə Cəfərova avqustun 27-də Bərdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən pullarının oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Bərdə RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və "isti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkmən kənd sakinləri Şöhrət Əliyev və Səbinə Cəfərova saxlanılıb. Araşdırmalarla onların əvvəlcədən əlbir olan bir qrup şəxs qismində Təranə Cəfərovaya məxsus evdən 5200 manat və 300 ABŞ dolları oğurladıqları məlum olub. Oğurlanmış pulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi