Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib - VİDEO

Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib - VİDEO Bərdə. 5 fevral. REPORT.AZ/ Bərdə rayonunda 16 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.
Hadisə
5 Fevral , 2018 18:48
Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib - VİDEO

Bərdə. 5 fevral. REPORT.AZ/ Bərdə rayonunda 16 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Lənbəran kənd sakini, 2002-ci il təvəllüdlü M.Hacıyevanı həmkəndlisi, 22 yaşlı Nəcməddin Əzizov qaçırıb. 

Qaçırılan qızın yaxın qohumu Sərvinaz Hacıyeva "Report"un yerli bürosuna bildirib ki, qız həmkəndlisi N.Əzizov tərəfindən zorla qaçırılıb. 

O, əlavə edib ki, qızı ailə qurmaq məqsədi ilə qaçırsalar da, bu, qanunlara ziddir.

Qızı qaçıran şəxsin anası Lalə Əzimova isə "Report"un  yerli bürosuna bildirib ki, qız öz istəyi ilə qaçıb: "Onlar bir-birini sevirdi. Valideynlərinin onu başqasına verəcəyini biləndən sonra qız mənim oğlumla qaçıb. Burada heç bir zorakılıq yoxdur".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi