Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir

Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.
Hadisə
17 Sentyabr , 2019 15:59
Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir

Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.

"Report"un məlumatına görə, rayonun Vəkil Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

O, müraciətində bildirib ki, rayon sakini, 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. Lakin məhkəmədə mülki işi uduzub. İndi A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi