Yuxarı

​Bərdədə məcburi köçkünün yaşadıgı ev yanıb - FOTO

Yanğın zamanı xəsarət alan olmayıb

Bakı. 12 may. REPORT.AZ/ Bərdə rayonunda yanğın hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun "Sənaye" küçəsində, məcburi köçkünlərin yaşadığı binada qeydə alinib.

Belə ki, Laçın rayonundan olan məcburi köçkün Gülsüm Məmmədovaya məxsus ev yanıb. Hadisəyə elektrik naqillərində qisaqapanmanın səbəb olduğu göstərilir.

Xoşbəxtlikdən yanğın zamanı evdə heç kim olmayib.

Yanğın FHN-in Bərdə rayon şöbəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi