Bərdədə maşın elektrik dirəyinə dəyib, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə maşın elektrik dirəyinə dəyib, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB Yaralılardan biri xəstəxanada ölüb
Hadisə
3 Yanvar , 2019 11:54
Bərdədə maşın elektrik dirəyinə dəyib, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Bərdə. 3 yanvar. REPORT.AZ/ Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza zamanı ağır bədən xəsarətləri alan Elmidar Sədrəddin oğlu Məmmədov Təcili Tibbi Yardım maşını ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirlidiyi xəsatəxanada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 19:31

Bərdə. 2 yanvar. REPORT.AZ/ Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Meşəçilik İnstitutu adlanan ərazidə qeydə alınıb.

BMW markalı avtomobil idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə dəyib. Nəticədə avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı "təcili yardım" avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Deformasiyaya uğramış avtomobildən xəsarət alan şəxslər çıxarılıb.

Qəza nəticəsində elektrik dirəyi yarasız vəziyyətə düşdüyündən qəsəbəyə verilən elektrik enerjisi dayandırılıb.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Hacıqabulda avtomobil sement daşıyan maşına çırpılıb.

Son xəbərlər

Orphus sistemi