Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un Qarbağ mərkəzinin verdiyi məlumata görə, nəticədə avtomobilin sürücüsü Pərviz Quluzadə və sərnişin Amil Məmmədov ağır xəsarət alıb. Yaralılar "təcili yardım" avtomobili ilə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağırdır.
Faktla bağlı rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
*** 00:12
Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qarabağ mərkəzi xəbər verir ki, rayonun Türkmən kəndi ilə hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.