Bərdədə market müdiri intihar edib - YENİLƏNİB

Bərdədə market müdiri intihar edib - YENİLƏNİB Bərdə rayonunda intihar hadisəsi baş verib.
Hadisə
15 Aprel , 2019 12:54
Bərdədə market müdiri intihar edib - YENİLƏNİB
Report

Bərdə rayonunda intihar hadisəsi baş verib.

"Report" un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayon icra hakimiyyətinin binası yaxınlığında qeydə alınıb. 

Belə ki, Bərdə rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. 

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, T.İsgəndrov intihar etməzdən əvvəl "Araz" supermarketlər şəbəkəsinin Bərdə mağazasının müdiri vəzifəsindən ayrılıb.


*** 10:23

Bərdə rayonunda intihar olub.

"Report"un Qarabağ Mərkəzi xəbər veri ki, hadisə Bərdə şəhəri ərazisində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi