Bərdədə mağazadan pul və kompüter oğurlanıb

Bərdədə mağazadan pul və kompüter oğurlanıb Bərdə rayonunda mağazadan oğurluq hadisəsi baş verib.
Hadisə
26 Mart , 2019 03:32
Bərdədə mağazadan pul və kompüter oğurlanıb
Report.az

Bərdə rayonunda mağazadan oğurluq hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun Mustafaağalı kənd sakini rayon Polis şöbəsinə müraciət edərək, ona məxsus mağazadan 170 manat pul və noutbukun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Ramil Qazıyev saxlanılıb. İlkin dindirmə zamanı R.Qazıyev oğurluq hadisəsi səmimi etiraf edərək, törətdiyi işdən peşmançılıq çəkdiyini deyib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi