Bərdədə mağazadan oğurluq edən şəxs tutulub

Bərdədə mağazadan oğurluq edən şəxs tutulub Bərdə rayonunda mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
25 Yanvar , 2021 13:51
Bərdədə mağazadan oğurluq edən şəxs tutulub

Bərdə rayonunda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 10-da rayon ərazisindəki mağazaların birindən 1 500 manat dəyərində danışıq kartı, spirtli içki, meyvə şirəsi və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bəndəliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi